Britaniya Şurasının təşəbbüsü ilə ali təhsil sahəsində dialoqlar keçiriləcək

10 May 2020
view
Britaniya Şurası pandemiya zamanı və ondan sonrakı dövrdə universitetlərin mövcud resurslardan daha səmərəli istifadəsinə yardımçı olmaq məqsədilə ali təhsil sahəsində ümumilikdə 12 dialoq sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Dialoqlar vasitəsilə İngiltərə, o cümlədən, digər Avropa ölkələri və eləcə də, yerli universitetlərin iştirakı ilə distant təhsil, onlayn tədrisdə keyfiyyət təminatı, tələbə mobilliyinin gələcəyi, distant tədqiqat əməkdaşlığı kimi mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Dialoqun formatına moderator və üç nəfər spikerdən ibarət 30-50 universitet nümayəndəsinin iştirakı ilə həftəlik 1-1,5 saatlıq Zoom vebinarlarının keçirilməsi daxildir. Həftəlik vebinarlar aşağıdakı mövzuları əhatə edəcək.























































Tarix Fokus
7 May Texnologiyanın imkanlarından istifadə: Universitetlərin tədris, öyənmə və universitet menecmenti istiqamətləri üzrə keyfiyyətin təmin edilməsi məqsədilə mövcud texnologiyaların imkanlarından istifadə bacarıqları
13 May Universitetin gələcəyi: Hələ də kampusa ehtiyac varmı və universitetlərin gələcək idarəetməsi necə olacaq?
20 May Onlayn tədrisə keçid: Onlayn tədris və virtual öyrənmə mühitinin təkmilləşdirilməsi məqsədilə pedoqoji, metodoloji, o cümlədən, müxtəlif alətlər və platormaların araşdırılması. Yeni tədris modeli əsasında tələbələr və inzibati heyət üçün keyfiyyəti necə təmin etmək olar?
27 May Modelləşmənin gələcəyi: Onlayn tədrisin gələcək modelləri
3 İyun Tələbələrin dərs prosesinə cəlb edilməsi: Tələbələrlə ünsiyyət və onların dərs prosesinə cəlb edilməsi və onların motivasiyası
10 İyun Qiymətləndirmə Universitetlər üçün onlayn qitmətləndirmənin gələcəyi
17 İyun Transmilli təhsil Distant Öyrənmə Təhsil Siyasəti: Akkreditasiya, tanınma və onlayn universitet proqramlarının/dərəcələrinin keyfiyyət təminatı
24 İyun Peşəkar inkişaf Hazırki dövrdə akademik heyət üçün onlayn peşəkar inkişaf alətlərindan istifadə, o cümlədən vaxtın idarə edilməsi və sağlamlığın qoruması üçün mövcud distant resurslardan faydalanmaq imkanı
1 İyul Tələbə mobilliyinin gələcəyi Tələbə qəbulu və mobillik - tələbələr xaricdə təhsilə üstünlük verəcəkmi? Tələbələr ölkənin digər şəhərlərinə köçərək univeristetə getmək istəyəcəklərmi? Hazırki pandemiya böhranı uzunmüddətli tələbə mobilliyinə necə təsir edəcək?
8 İyul Academik əməkdaşlıqlar Daha azsaylı fiziki mobillik dövründə beynəlxalq akamedik əməkdaşlıq necə davam etdirilə bilər? COVİD-19 böhranı məlumat bazalarının daha çoxsaylı alimlər üçün açıq edəcəkmi?
15 İyul Masterklass:  İngiltərə alimi tərəfindən
22 İyul Masterklass:  İngiltərə Nobel Sülh Mükafatçısı tərəfindən

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!