“World Net Summit” onlayn konfransı

10 May 2020
view

ESASNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “Net Summit LLC”nin təşkilatçılığı ilə mayın 11-15-də “World Net Summit” onlayn konfransı keçiriləcək.


Tərəfdaşlar arasında UNEC-in də olduğu tədbirdə innovasiya ilə bağlı hər məqama toxunulan 9 fərqli faza əks olunub. Bunlara “Startup Academy”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Monex Summit” və “Maintech Forum” kimi tədbirlər daxildir.


Hər günə iki tədbir olmaqla saat 16:30-18:00 və 19:30-21:00-da “World Net Summit” facebook və youtube səhifələrindən canlı yayım aparılacaq.


Spikerlərin siyahısı, müzakirə mövzuları və tədbirin proqramı ilə tanış olmaq istəyənlər sammitin veb səhifəsinə (https://worldnetsummit.com) daxil olaraq qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən şəxslərə hər tədbir öncəsi bildiriş məlumatı email vasitəsi ilə göndəriləcək.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!