“Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda növbəti tədbir

04 Aprel 2023
view
Elmi

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşri qaydaları” mövzusunda silsilə master-klaslar davam edir.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin və Polşanın Vistula Universitetinin tədqiqatçısı, dosent Şəhriyar Muxtarov tərəfindən keçirilən növbəti master-klasda məruzəçi nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşəcək.

6 aprel, saat 15.00-da keçiriləcək master klasa ZOOM platforması üzərindən https://zoom.us/j/93736727877 (kod:766610) linkinə keçid etməklə qoşula bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!