UNEC-də “Sağlam həyat tərzi: Mif yoxsa Reallıq” mövzusunda seminar keçiriləcək

04 Aprel 2023
view
Seminar

UNEC-də “Novruz mühazirələri” çərçivəsində “Sağlam həyat tərzi: Mif yoxsa Reallıq” mövzusunda seminar keçiriləcək.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək seminarda Azərbaycanda İcbari Tibbi Sığorta, sağlam həyat tərzinin formalaşdırılmasında icbari tibbi sığortanın rolu, “Xidmətlər zərfi”, sığorta haqları, tibbi xidmətlərdən istifadə qaydaları və s. mövzular müzakirə olunacaq.

Mövzu ətrafında UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri dos. Sevda Məmmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva, şöbənin mütəxəssisi Nərgiz Əlimərdanova təqdimatla çıxış edəcəklər.

Seminar 7 aprel, saat 15.00-da UNEC-in II tədris binasının Akt zalında keçiriləcək
Ünvan: Həsən Əliyev, 135.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!