Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ERASMUS+ mübadilə proqramı çərçivəsində Avropanın aparıcı ali təhsil müəssisələrində 2020/2021-ci ilin yaz semestri üçün (bir semestrlik) təqaüdlü təhsil almaq imkanı təqdim edir.*
| D. A. Tsenov İqtisadiyyat Akademiyası | Bolqarıstan | Bakalavrlar üçün | 2 yer |
| Kazimerz Wielki Universiteti | Polşa | Bakalavrlar üçün | 1 yer |
| Miskolc Universiteti | Macarıstan | Doktorantlar üçün | 2 yer |
| Sapienza Universiteti | İtaliya | Bakalavrlar üçün | 3 yer |
| Kozminski Universiteti | Polşa | Bakalavrlar və magistrantlar üçün | 3 yer, 1 yer |
| Cordoba Universiteti | İspaniya | Bakalavrlar və magistrantlar üçün | 3 yer, 1 yer |
Erasmus+ Proqramının əsas şərtləri:
- xarici universitetə təhsil haqqı ödənilmir
- bir semestr ərzində tələbələr aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir)
- bir semestr təhsil almaq imkanı yerlər üzrə müsabiqə keçirilir
- tələbələrin orta balı (ÜÖMG) – 91-dən yuxarı olmalı
- gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis dili B2/C1 səviyyəsində)
- II, III kurs bakalavr pilləsi üzrə təhsil alan, magistr və doktorant UNEC tələbələri
*
Tələb olunan sənədlər:
- Transkript
- CV (ingilis dilində)
- Xarici pasport
- Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün (ingilis dilində)
*
QEYD:
Onlayn müsahibəyə ancaq müəyyən sayda tələbələr dəvət olunacaq.
Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə (bakalavr) veriləcək.
Son müraciət tarixi: 25 noyabr, 2020-ci il
Yuxarıda qeyd olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə.: +994 12 492 60 45