Tələbələrin nəzərinə: Mübadilə proqramı çərçivəsində xaricdə təhsil almaq imkanı

11 Noyabr 2020
view

UNEC ilə Litvanın Mikolos Romeris Universiteti və Fransanın Montpellier Universiteti arasında imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir.


Proqramın şərtlərinə əsasən, 2020/2021-cı tədris ilinin yaz semestrində UNEC-in tələbələri Litvada və Fransada bir semestr ərzində təhsil ala bilərlər.


Mübadilədə 80 baldan yuxarı və ingilis dilini sərbəst bilən, I, II və III kurs tələbələri iştirak edib müvafiq fənlər üzrə kreditlər toplaya biləcəklər. Təhsil ödənişsizdir. Litvada və ya Fransada təhsil alacaq tələbələr həmin ölkədə yol və yaşayış xərclərini ödəyəcəklər.


Sənədlərin son qəbul tarixi – 15 noyabr 2020-ci il.


Sənədlər aşağıda göstərilən ardıcılıqla skan olunmuş pdf formatında [email protected] email ünvanına göndərilməlidir.


Təqdim olunacaq sənədlər:




  1. CV (ingilis dilində)

  2. Akademik transkript

  3. Xarici pasportun sürəti


*
Namizədlər komissiya tərəfindən müsahibə yolu ilə seçiləcəklər.


Əlaqə üçün: Beynəlxalq əməkdaşlıq departamenti, əsas tədris binası, 115-ci otaq, tel.: 012-492-18-82

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!