Ekspressbank illik təqaüd proqramı elan edir.
Proqramda UNEC-in I, II və III kurs tələbələri iştirak edə bilər. Tələbələr komanda olaraq, “Heydər Əliyev ili”nə həsr olunan intellektual yarışda iştirak etməlidirlər. Yarışın qalibləri növbəti tədris ili boyunca aylıq 150 AZN təqaüd qazanmaq şansı əldə edə biləcəklər.
Müsabiqə haqqında:
- Hər komanda 5 nəfərdən ibarət olmalıdır;
- Müsabiqədə maksimum 17 komanda iştirak edə bilər;
- Yarış “Nə? Harada? Nə zaman?” formatında, müxtəlif mövzuları əhatə edən 3 raunddan ibarət olacaq;
- Qalib komanda üzvlərinin hər biri aylıq 150 AZN təqaüd qazanacaq (2023-2024 tədris ili müddətində);
- II və III yer sahibləri isə dəyərli hədiyyələr əldə edəcəklər.
Qeydiyyat üçün son tarix: 5 may 2023-cül il