UNEC boş olan dekan və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir

03 May 2023
view
Müsabiqə

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

 1. Biznes və menecment fakültəsi üzrə
Dekan – 1 ştat

2. “Maliyyə və audit” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

3. “İqtisadiyyat” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

4. “Biznes və logistika” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

5. “İqtisadi və texnoloji elmlər” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

6. “Mühəndislik və tətbiqi elmlər” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

7. “Azərbaycan dili” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

8. “Humanitar fənlər” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

9. “Karyera planlaşdırılması və inkişafı” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

10. “Riyaziyyat və statistika” kafedrası üzrə
Kafedra müdiri – 1 ştat

11. “Dizayn kafedrası” üzrə
Kafedra müdiri – 1 ştat

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun olan namizədlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Ərizə;
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
  3. Tərcümeyi-hal;
  4. Ali təhsil (baza təhsili), elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  5. Elmi və elmi-metodiki işlərin siyahısı;
  6. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Sənədlərin qəbulu müddəti elan dərc edildikdən 1 ay keçənədəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlər ərizə ilə birlikdə [email protected] ünvana təqdim olunmalıdır.

Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, otaq 224, II mərtəbə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

Telefon: 492-73-72.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!