“G200 Gənclər 2017” Forumu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İsveçrə mərkəzli G200 Assosiasiyası tərəfindən təşkil olunacaq. XII G200 Gənclər Forumunda 300-dən çox gənc lider, alim, tələbə, hökumət və iş dünyası nümayəndələri iştirak edəcək. İştirak haqqı və yaşayış xərci 1350 Avro ilə 2500 Avro arasında olacaq. Namizədin istedadı, nailiyyətləri və özü haqda qısa təsviri [email protected] elektron ünvanına göndərilməlidir.
Forum 6-10 dekabr 2017-ci ildə keçiriləcək. Son müraciət tarixi 30 İyun 2017-ci ildir. Ətraflı məlumatı http://www.g200youthforum.org/participate/ linkindən əldə edə bilərsiz.