Koreya İnkişaf İnstitutunun magistr pilləsi üzrə təqaüd proqramı

01 Mart 2017
view
Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə məktəbi (KDİ) Koreya hökuməti  magistr pilləsi üzrə 3 illik təqaüd proqramı elan edir. KDİ məktəbi son 40 il ərzində sosial elm yönündə tədqiqat aparan ilk hökumət yönümlü təhsil müəssisəsidir. KDİ məktəbi hər il 70 fərqli ölkədən tələbə qəbulu həyata keçirir və indiyədək 119 ölkədən tələbə məzun olub.

KDİ-də mühazirələr ingilis dilində aparılır. Təqaüd proqramı yol xərci və aylıq ödənişləri əhatə edir. Müraciət üçün son tarix 20 martdır.

Təqaüd proqramları magistraturanın aşağıdakı sahələrini əhatə edir:

  • Dövlət siyasəti

  • İnkişaf siyasəti

  • İctimai idarəetmə


Əlavə məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

https://www.kdischool.ac.kr/#/admissions/cp/international/niied

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!