Gələcək karyerasını ERP proqramlar üzrə qurmaq istəyən namizədlər üçün təcrübə proqramı

02 Noyabr 2021
view

“TITAN Group” Sənaye şi̇rkətlər bi̇rli̇yi̇ UNEC Təcrübənin təşkili şöbəsi ilə birlikdə təcrübə proqramı təklif edir.


Vakansiyanın adı: ERP üzrə təcrübəçi

Vəzifə öhdəlikləri:

  • ERP proqramlarında işləmə, modul yazma və dəstək;

  • Proqram modullarının xidmət sahələrinə tətbiqi;

  • Digər struktur bölmələr ilə sorğuların aparılması və ehtiyacların müəyyən olunması;

  • ERP proqramının tətbiqi ilə bağlı görüşlərdə iştirak etmək və yaranan məsələlərin həll olunmasında köməkliyin göstərilməsi;

  • Yaranan problemlərin tez bir zamanda həll olunması;

  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;

  • Həftəlik, aylıq və rüblük idarəetmə hesabatlarının hazırlanması;

  • ERP-də proseslərin avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi;

  • Nəzarət mühitinin və sisteminin təkmilləşdirilməsində iştirak.


*
Namizədə tələblər:


  • İqtisadiyyat, riyaziyyat, kompüter elmləri sahəsində ali təhsil;

  • MS Office, Excel - üstün səviyyədə;

  • Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;

  • Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;

  • UNEC-in 4-cü kurs tələbələri, magistrantları və yeni məzunları;


*
QEYD
: Müsahibəni uğurla keçmiş və proqrama qəbul olunmuş 4-cü kurs tələbələri üçün bu proqram istehsalat təcrübəsi hesab olunacaq.

Uyğun olan namizədlər 10.11.2021-ci il tarixinədək öz CV-lərini mövzu hissəsində “ERP üzrə təcrübəçi” qeyd etməklə [email protected] ; [email protected] mailinə  göndərə bilərlər.

  • 3 aylıq təcrübə proqramını uğurla bitirən namizədlər, “TITAN Group” Sənaye Şi̇rkətlər Bi̇rli̇yi̇nə rəsmi olaraq işə qəbul ediləcək. Təcrübə proqramı müddətində namizədlərə ERP proqram təminatı, iş prinsipi və s. tədris olunacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!