ERASMUS+ mübadilə proqramına qəbul başladı

02 Noyabr 2021
view

































D. A. Tsenov İqtisadiyyat Akademiyası Bolqarıstan Bakalavrlar üçün 1 yer
Miskolc Universiteti Macarıstan Bakalavr, magistratura və doktorantlar üçün 1 yer
Szeged Universiteti Macarıstan Bakalavrlar üçün 3 yer
Latvia Universiteti Latviya Bakalavrlar üçün 1 yer
Kordoba Universiteti İspaniya Bakalavrlar üçün 2 yer

 

Erasmus+ Proqramının əsas şərtləri:

  • xarici universitetdə təhsil haqqı ödənilmir

  • tələbələrə təyyarə biletinin xərci və aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir; təqaüd yataqxana, yemək və digər xərcləri qarşılamaq üçün nəzərdə tutulmuşdur);

  • Təhsil müddəti - bir semester;

  • Təqdim oluna yerlər üzrə müsabiqə keçirilir;

  • tələbələrin orta balı (ÜÖMG) – 91-dən yuxarı olmalı;

  • ingilis dili C1/C2 səviyyəsində olmalı

  • bakalavr pilləsi üzrə II və ya III kurs tələbəsi, magistr pilləsi üzrə I və ya II kurs tələbəsi, UNEC-in doktorantı olmaq


*
QEYD:


  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.

  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcəkdir.


*
Son müraciət tarixi: 8 Noyabr, 2021


Tələb olunan sənədlər:

  1. Akademik transkript

  2. Niyyət məktubu (motivation letter, ingilis dilində)

  3. CV (ingilis dilində)

  4. Xarici pasport


*
Sənədlər göstərilən ardıcılıqla "pdf" formatında [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır. Seçdiyiniz universitetin adını emailda qeyd edin.

Proqramla bağlı konsultasiyalar 2 noyabr saat 15.00-da və 4 noyabr 11.00-da zoom platforması üzərindən olacaqdır: https://zoom.us/j/93093167066

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!