Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin BMT İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənc Səfirlərin seçilməsinə start verilib.
Gənc səfirlər layihəsinin məqsədi könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərin Azərbaycanda təbliğinə, həmin məqsədlərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına və ölkədə DİM-lərlə əlaqəli təşəbbüslərin həyata keçirilməsinə töhfə verməkdir.
Növbəti Gənc Səfirlərin seçilməsi üçün qeydiyyat başlayıb.
Qeydiyyat üçün son tarix 2 mart 2021-ci ildir
ƏTRAFLI MƏLUMAT