1-2 aprel 2021-ci il tarixlərində İspaniyanın Cordoba şəhərində IBIMA elmi konfransı keçiriləcək.
Konfrans iqtisadiyyat, menecment, innovasiya, sahibkarlıq, təhsil, marketinq, insan resursları və maliyyə sahələrinə aid mövzulardan bəhs edir.
Məqalələrin son təqdim olunma tarixi: 5 mart 2021
Konfrans materialları ISBN: 978-0-9998551-6-4 nömrəli elektron kitab şəklində yayımlanacaq və konfransdan sonra Web of Science və SCOPUS-da indeksləşdirməyə təqdim olunacaq.
Konfrans şərtlərinə uyğun olaraq, təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalə qoyulan tələblərə uyğun tam şəkildə tərtib olunaraq [email protected] elektron ünvanına təqdim olunmalıdır.
Virtual konfransda iştirak və məqalənin indekslənməsi 295 dollar təşkil edir.
Mövzular
Konfrans haqqında suallarınızı https://ibima.org/contact-us/ linkinə ünvanlaya bilərsiniz.