Humanitar və ictimai elmlər üzrə mütəxəssislər üçün ABŞ-da Tədqiqat İmkanları verən Carnegie Tədqiqat Təqaüd Proqramı

10 Mart 2016
view
Avrasiya və Şərqi Avropa  Araşdırmalar Milli Şurası ilə Amerika Şurası əməkdaşlıq çərçivəsində 2016-2017 tədris ili üçün ABŞ-da Carnegie Tədqiqat Təqaüd Proqramı üçün müsabiqə elan edir. Humanitar və ictimai elmlər üzrə elmi tədqiqatlar aparan mütəxəssislər ABŞ-ın universitet və institutlarında fərdi, dərəcəsiz tədqiqat imkanları üçün müraciət edə bilər. İştirakçılar 4 ay ABŞ-da tədqiqat aparmaq imkanı əldə edəcəklər.

Bununla əlaqədar martın 14-ü saat 15:00-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) proqramın təqdimatı keçiriləcək.

İştirak etmək istəyənlər UNEC-in Beynəlxalq əlaqələr departamenti ilə əlaqə saxlaya bilərlər.

Tel.: 012 492 60 45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!