Tələbələrlə əməkdaşlıq proqramları - "Company Ambassador" , "Student2Student"

10 Mart 2016
view

"Company Ambassador" proqramı


Proqramın əsasını şirkətlərin öz məhsul və xidmətlərini müxtəlif ali məktəb və ya peşə təhsili müəssisələrində tanıtmaq üçün bir neçə nəfər tələbə ilə əməkdaşlıq etməsi təşkil edir. Bu zaman tələbələrə müəyyən tapşırıq, tədbirlər planı, zəruri materiallar verilir və müvafiq təlimlər keçirlər. Proqramın müddəti fərqli şirkətlərdə müxtəlif olur.

Microsoft Ambassador


"Microsoft Ambassador" proqramı 12 aylıq proqramdır və tələbəyə ali məktəb və ya peşə təhsili müəssisələrində Microsoft-un səlahiyyətli nümayəndəsi olmaq imkanı verir. Səlahiyyətli nümayəndə 12 ay ərzində Microsoft Korporasiyasının Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə sıx əməkdaşlıq edir, təcrübə toplayır, şirkətin strategiyası, yenilikləri, həlləri və texnologiyaları ilə ətraflı tanış olur. Eyni zamanda ali məktəb və ya peşə təhsili müəssisələrində ona ünvanlanmış sualların cavabını köməyimizlə tapıb verməklə dərin biliklərə yiyələnmiş olur.

"Student2Student" proqramı


Student2Student (S2S) proqramı tələbələrin məlumatlılıq səviyyəsinin artırılması, həmyaşıdlarına kömək etmələri, yeni ideyalar və innovativ layihələr ətrafında əməkdaşlığı üçün nəzərdə tutulmuşdur. Proqram yerli tədris müəssisələrində tələbədən-tələbəyə biliyin, təcrübənin, peşəkar vərdişlərin ötürülməsi təşəbbüsüdür. Bu, bilmədiklərinizi bilənlərdən öyrənmək imkanıdır.

Microsoft Student2Student


Microsoft "Student2Student" proqramı təhsil aldığınız dövrdə ali məktəb və ya peşə təhsili müəssisələrində sizə səriştəli tələbə olmaq imkanı verir. Səriştəli tələbə aşağıdakı 19 istiqamətdən biri üzrə tələbə olduğu dövrdə Microsoft Korporasiyasının Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə sıx əməkdaşlıq edir, təcrübə toplayır, yeniliklər, əlaqəli həllər və texnologiyalar ilə ətraflı tanış olur. Eyni zamanda ali məktəb və ya peşə təhsili müəssisələrində seçdiyi istiqamət üzrə ona ünvanlanmış sualların cavabını köməyimizlə tapıb verməklə dərin biliklərə yiyələnmiş olur.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!