Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İsrailin “Technion” Universitetinin birgə yaratdığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yeni təlimlərə qeydiyyat başladı.
Təlimlərə 18 yaşından yuxarı Azərbaycan vətəndaşları müraciət edə bilər.
Seçim mərhələləri aşağıdakı formada olacaq:
- Qeydiyyat anketini doldurmaq;
- Test mərhələsi;
- Müsahibə.
Bütün mərhələləri uğurla keçmiş 60 namizəd təlimlərdə iştirak hüququ əldə edəcək.
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Email: [email protected]
Tel.: 1846 daxili 1132