Koreyada təqaüdlə təhsil almaq imkanı

17 Avqust 2016
view
Koreya Respublikasının Koreya İnkişaf İnstitutunun (Korea Development Institute – KDI) “İctimai Siyasət və İdarəetmə Məktəbi” (School of Public Policy and Management) 2017-ci ilin yaz semestri üçün magistr və doktorantura təhsil pillələri üzrə tələbə qəbuluna başlayıb. KDI-yə bakalavr və ya magistr təhsili olan şəxslər müraciət edə bilərlər. Qəbul olunanlar tam və ya qismən təqaüdlə təmin olunurlar.

KDI aşağıdakı proqramları təklif edir:

  • İctimai siyasət üzrə magistr (Master of Public Policy)

  • İnkişaf siyasəti üzrə magistr (Master of Development Policy)

  • İctimai idarəetmə üzrə magistr (Master of Public Menecment)

  • İctimai siyasət üzrə doktorantura (Ph.D. in Public Policy)

  • İnkişaf siyasəti üzrə doktorantura (Ph.D. in Development Policy)


Tədris ingilis dilində aparılır. Proqramlara son müraciət tarixi 25 oktyabr 2016-cı ildir. Qəbul qaydaları və proqramlar haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/ linkindən və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.

Maraqlananlar UNEC Beynəlxalq əlaqələr departamentinə müraciət edə bilərlər: Tel: (012) 492 60 45; e-mail: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!