UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə qəbul davam edir

18 Avqust 2016
view







Azərbaycan Dövlət İqtisad Universiteti, London Universiteti/London İqtisadiyyat Məktəbinin “Mühasibat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramına qəbulu açıq elan edir. Dərslər UNEC-in əsas tədris binasında keçirilir və tələbələr lazımi dərs vəsaitlərilə təmin olunur.

Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir.

Təhsilini uğurla başa vuran tələbələr iki diplom – Azərbaycan Dövlət İqtisad Universitetinin və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər.

Proqrama birinci kursu bitirmiş, Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və İngilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər.

Proqrama sənəd qəbulu 2016-cı ilin 10 sentyabr tarixinədək davam edəcək.

Əlavə məlumat üçün əlaqələndirici şəxs: Rüfət Abdullayev, Anar Kazımov

Ünvan: Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası, İstiqlaliyyət küç. 6, 327 saylı otaq

Tel.: (+99412) 492 59 14; (+99412) 492 18 82

Mob: (+99455) 331 72 20; (+99455) 808 87 80 E-mail: [email protected]




İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!