11-12 mart 2022-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə Estoniyanın “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi”nin və Böyük Britaniyanın “Cənubi Qafqazın Beynəlxalq Müasir Elmlər Akademiyası”nın birgə iştirakı əsasında “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda III beynəlxalq elmi-praktik virtual konfrans keçiriləcək.
Konfransa təqdim edilmiş materiallar Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri jurnalı - ENECO-nun 2022-ci ilin 1-ci nömrəsində dərc olunacaq.
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1juiEok0bF1Ybl2MBFwScWc4Bdw3ap0uKHUPmzCr6pH0/edit
Əlaqə nömrəsi: +994 55 241 70 12 (Namiq İsazadə)