Ukrayna Dövlət Vergi Universitetində III Beynəlxalq Forum keçiriləcək

16 Fevral 2022
view

Ukrayna Dövlət Vergi Universiteti 25-26 fevral tarixlərində “Dövlətin və biznesin iqtisadi təhlükəsizliyi: tərəfdaşlığın yeni fəlsəfəsi” adlı  III Beynəlxalq Forum  keçiriləcək.


Beynəlxalq forumun məqsədi elmi işlərin və praktiki təcrübənin mübadiləsi, dövlət və biznes arasında tərəfdaşlığa baxış və prosedurların müəyyənləşdirilməsi, o cümlədən qlobal iqtisadi təhdidlərə qarşı mübarizədə xarici ölkələrin səlahiyyətli orqanlarının kommunikasiya imkanlarının gücləndirilməsidir.


Beynəlxalq Foruma milli vergi idarələrinin, gömrük orqanlarının, iqtisadi sahədə cinayətləri araşdıran hüquq-mühafizə orqanlarının rəhbərləri, qanunsuz yolla əldə edilmiş aktivlərin axtarışı və bərpasına cavabdeh olan orqanlar, maliyyə kəşfiyyatı qurumları, səlahiyyətli xarici dövlət orqanları, ekspertlər və elmi mühit iştirak edəcək.


Beynəlxalq Forum zamanı “Maliyyə araşdırmalarında yurisdiksiyalararası əməkdaşlıq: qanunsuz əldə edilmiş gəlirlərin axtarışı, həbsi və müsadirəsi (paralel və əlaqələndirilmiş fəaliyyət)” birgə beynəlxalq layihəsinin (bundan sonra – Beynəlxalq Layihə) reallaşdırılması imkanlarının müzakirəsi planlaşdırılır.


Əlaqə telefonu: +380987364748, e-poçt: [email protected].


Tədbir qarışıq formatda (şəxsən və Zoom platformasından istifadə etməklə) keçiriləcək.


Məkan: Dövlət Vergi Universitetinin Konfrans Kompleksi (08201, Ukrayna, Kiyev vilayəti, İrpin, Universitetskaya küçəsi 31).


İş dilləri: Ukrayna, İngilis.


Beynəlxalq Forumunda iştirak etmək istəyənlər CV-lərini 18.02.2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidirlər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!