Müasir dövrdə tədqiqatçıların elmi nəşr aktivliyi, bu iqtiqamətdəki keyfiyyət və kəmiyyət göstəriciləri əsasən nüfuzlu nəşr platformaları vasitəsilə müəyyənləşdirilir.
Azərbaycanda tədqiqatçıların elmmetrik göstəricilərini müəyyənləşdirmək məqsədilə ən sıx müraciət olunan elmi nəşr platformaları Clarivate şirkətinin Web of Science, Elsevier şirkətinin Scopus bazalarıdır. Tədqiqatçıların bu bazalardan istifadə edə bilməsi üçün qeydiyyatdan keçməsi labüddür.
İlk olaraq qeyd etməliyik ki, Clarivate şirkətinin məhsulu olan Web of Science platformasından istifadə etmək üçün Publons sistemindən qeydiyyatdan keçmək lazımdır. Lakin hazırda Azərbaycan üzrə Web of Science platformasından istifadədə məhdudiyyət mövcuddur. Bununla əlaqədar olaraq platformadan qismən istifadə edə bilmək üçün https://clarivate.com/webofsciencegroup/solutions/web-of-science-my-research-assistant/ linkinə daxil olaraq MyRA (Web of Science My Research Assistant) tətbiqini yükləmək mümkündür. Tətbiq vasitəsilə bu platformada indekslənən elmi əsərlərə və jurnallara baxmaq imkanı mövcuddur.
Elsevier şirkətinin məhsulu olan Scopus platformasından istifadə etmək üçün https://www.scopus.com/home.uri linkindən qeydiyyatdan keçmək lazımdır. Lakin hal-hazırda Azərbaycan üzrə bu platformadan istifadədə məhdudiyyət mövcuddur. Bununla əlaqədar olaraq platformadan qismən istifadə edə bilmək üçün Scopus Preview mövcuddur ki, bunun vasitəsilə müəllif profillərinə və jurnallara baxmaq mümkündür.
Ümumiyyətlə, Publons-dan https://www.youtube.com/watch?v=eQOOUL2Bj4M qeydiyyatdan keçərək eyni istifadəçi adı və şifrəsi ilə Web of Science, Master Journal List, End Note sistemlərindən, Scopus-dan qeydiyyatdan keçərək https://www.youtube.com/watch?v=gFlsin5giaA eyni istifadəçi adı və şifrəsi ilə Elsevier, Science Direct, Mendeley və Researcher Academy sistemlərindən istifadə etmək mümkündür.
Scopus platformasından qeydiyyatdan keçən UNEC nümayəndələrinin SİYAHISI
Əlavə məlmat almaq üçün https://unec.edu.az/elmmetrika-sobesi/ elmmetrika şöbəsinə müraciət edə bilərsiniz.