2022/2023-ci tədris ili üzrə UNEC-in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Fransanın Montpellier Universitetinin ikili diplom proqramına qeydiyyat davam edir.
1-ci kurs tələbələri də 2023/2024-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.
Proqrama qəbul olan UNEC tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər.
Əsas qəbul şərtləri:
- UNEC-in ikinci kurs tələbəsi olmaq
- Minimum orta bal (ÜÖMG) – 81 bal
- İngilis dili – B2
Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdur
Tədrisin başlanması - 2022-ci il, sentyabr
Tədrisin bitməsi – 2023-ci il, aprel
Son müraciət tarixi - 10 may 2022-ci il
Sənədlər bir fayl şəklində (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:
- Akademik transcript (azərbaycan dilində)
- CV (ingilis dilində)
- Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)
*
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti, 115-ci otaq.
E-mail: [email protected]
Xaricdə təhsil proqramları (ikili diplom və mübadilə proqramları) haqqında məlumat almaq istəyən tələbələri hər həftənin 2-ci günləri saat 15:00-da, 4-cü günləri isə saat 11:00-da onlayn konsultasiyalara qoşulmaq üçün dəvət edirik.
Link: https://zoom.us/j/93093167066