Polşada təqaüdlü təhsil almaq imkanı

04 İyul 2016
view
Stefan Banach Scholarship Programı Polşada magistr və PhD üzrə tam təhsilli təqaüd təqdim edir. Proqram Polşanın Xarici İşlər Nazirliyi və Elm və Ali Təhsil Nairliyinin birgə təşəbbüsü əsasında yaradılıb.

Proqram iştirakçıları təhsil müddəti ərzində hər ay 1350 PLN təqaüd alacaq və təhsil haqqından azad olacaq. Proqrama Azərbaycan, Belarusiya, Gürcüstan, Ukrayna və Moldovanın vətandaşları müraciət edə bilər. Magistr dərəci üçün ildə 50, PhD üçün isə ildə 25 təqaüd təqdim olunur.

Proqrama müraciət edəcək namizədlər Polşadakı universitet və proqram seçməli və müsabiqədə iştirak etməlidirlər.

Magistr pilləsi və PhD (doktorantura) üçün təqdim olunan proqramlar: science, natural sciences, technical sciences, economic sciences, agricultural, foresty and vetenirary sciences, european sciences.

PhD (doktorantura) üçün təqdim olunan proqramlar: humanities, theology, social sciences, economic sciences, law, mathematical sciences, physical sciences, chemical sciences, biological sciences, Earth sciences, technical sciences, agricultural, foresty and vetenirary sciences, european sciences.

Proqram haqqında ətraflı məlumat əldə emək və proqrama müraciət etmək üçün: www.buwiwm.edu.plwww.go-poland.pl  linkindən istifadə etmək lazımdır.

Əlaqə tel.: 492-60-45, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Beynəlxalq əlaqələr departamenti.

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!