“Mevlana Mübadilə Proqramı”na 2015/2016-cı tədris ilinə sənəd qəbulu elan edilib

10 Aprel 2015
view

Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu - YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2015/2016-cı tədris ilinə sənəd qəbulu elan edilib.


“Mevlana Mübadilə Proqramı” ADİU-nun professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 1-2 həftə müddətində həyata keçirilən mübadilə zamanı Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.


Mübadilə ilə bağlıxərclər YÖK təqaüdü hesabınaödəniləcək. Proqramda ADİU-nun bütün kafedralarının professor və müəllimləriiştirak edə bilərlər.


Proqramda iştirak etmək istəyənlər doldurulmuş Müraciət Formasını, özü haqqında ətraflı məlumatı (Potfolio) və niyyət məktubunu  aprelin 17-dək Beynəlxalq Əlaqələr Departamentinə türk və ya ingilis dilində təqdim etməlidirlər.


Daha ətraflı:http://www.yok.gov.tr/web/mevlana


Əlaqələndirici şəxslər:


Afət Ələkbərova, Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı, tel.: 012-4926045; e-mail: [email protected]


Ziba Ağayeva,Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı, tel:012-4926045; e-mail:[email protected]


 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!