Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes İnkubatoru “Təlim Festivalı”-na start verir. Festival çərçivəsində keçiriləcək bütün təlimlər ödənişsizdir.
Təlimin mövzusu: Karyera Planlaması
Təlimdən öyrənəcəyiniz:
Düzgün karyera planı;
Karyerada uğurlar və uğursuzluq;
Karyera planının mərhələləri;
Özünü qiymətləndirmə və inkişaf;
Düzgün işaxtarma yolları;
Düzgün təqdimetmə bacarıqlarının sirləri;
Motivasiya.
Təlimçi:
Rəsulova İlahə-ADU ingilis dili və Xəzər Universitetində MBA təhsili. Layihələrin idarəolunmasi üzrə beynəlxalq sertifikatı var.Karyera planlaması ilə bağlı Norveçdə beynəlxalq təlim keçib. Uzun müddət yerli və beynəlxalq təşkilatlarda çalışıb, gənclərlə bağlı sosial layihələr idarə edib. 6 ilə yaxın müstəqil təlimçi kimi fəaliyyət göstərir. Layihələrin idarəolunması, M&E sahələrində yerli QHT-lərə təlimlər keçib. İki il BMT İP-nın Syslab layihəsində işaxtaran gənclərlə çalışıb və karyera planlaması, motivasiya, təqdimat bacarıqları, müsahibə texnikası, beynəlxalq standartlara uyğun CV, şəbəkələşmə kimi effektiv işaxtarma üsulları üzrə təlim və mentorluq fəaliyyəti ilə məşğul olma.
Təlimin vaxtı: 11Aprel, saat 15:00
Təlim müddəti: 2.5saat (15dəq kofe fasiləsi)
Təlimin sonunda bütün iştirakçılara sertifikat veriləcək.
Qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur.Son qeydiyyat tarixi: 10 Aprel, saat 14:00
Qeydiyyatdan keçmək üçün [email protected] ünvanına cv göndərməyiniz xahiş olunur.
Əlavə məlumat üçün:
Az 1001, İstiqlaliyyət 6, ADİU, otaq 1
Tel/Fax: (+99412) 492 31 21
Mob: (+99450) 856 02 01
E-mail: [email protected]
Web: www.ibi.aseu.az