Qərbi İsveçrənin Ali İdarəetmə Məktəbi HES-SO UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir

29 Mart 2023
view
Mübadilə

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi HES-SO UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir. 

Mübadilə proqramı 2023-ci ilin payız semestri üçün nəzərdə tutulub. Payız semestri üçün sənəd qəbulu aprelin 10-na kimi davam edəcək.

İxtisaslar:

İqtisadiyyat
Menecment
Biznesin idarəedilməsi

Mübadilədə iştirak etmək üçün meyarlar:

  • Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat (əsasən 3-cü kurs tələbəsi)
  • B2 ingilis dilli magistrant (1-ci kurs)

Tələb olunan sənədlər:

  • CV
  • Motivasiya məktubu (bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Transkript (ÜOMG) 70-dən yuxarı)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı)

UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır:

  • 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd;
  • Tibbi sığorta;
  • 1 ay intensiv Fransız dili kursları;
  • Pulsuz nəqliyyat keçidi;
  • İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Tələb olunan sənədləri cari ilin aprelin 10-na kimi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!