UNEC Karyera Mərkəzinin və PRO-ACADEMY-nin birgə təşkilatçılığı ilə Kibertəhlükəsizlik sahəsində karyera qurmaq, kiber sahədə sürətlə artan tələblərə cavab verən bilik, bacarıq və təcrübəyə sahib olmaq üçün tələbələri təqaüd proqrama müraciət etməyə dəvət edirik.
PRO-ACADEMY şirkətinin tələbələrə xoş xəbəri var: BP və PROSOL şirkətlərinin kibertəhlükəsizlik təlimləri üzrə birgə təqaüd proqramı çərçivəsində növbəti müraciətlərin qəbuluna başlayır.
Sahib olduqları təcrübəyə əsaslanaraq kibertəhlükəsizlik təhsili üzrə təqaüd proqramına müraciətlər qəbul edilir. Proqram çərçivəsində təlimlər sahə üzrə liderlərdən ibarət komanda tərəfindən nəzəri və praktiki bilik, bacarıq və yanaşmalar əsasında keçiriləcəkdir.
Əlaqələndirici struktur:
UNEC Karyera mərkəzi
Email: [email protected], [email protected]