“Rabitəbank” ASC “Customer Care” təcrübə proqramına start verir!
Proqram iştirakçılara nə qazandıracaq:
- Əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur, qaydalarla tanışlıq;
- Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
- Bank məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
- Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.
Proqramda iştiraka dair tələblər:
- Ali təhsil (iqtisadyönümlü olması arzuolunandır);
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- MS office proqramları üzrə bacarıqlar;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İşgüzar xarici görünüş və tez öyrənmə qabiliyyəti;
Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini və şəxsiyyət vəsiqəsinin fin kodunu [email protected] elektron ünvanına “Customer Care İnternship” başlığı ilə göndərə bilərlər.
Əlaqələndirici struktur: UNEC Karyera Mərkəzi
E-mail: [email protected]
Tel: (012) 497 71 35
Uğurlu karyera qurmağınız üçün sizi aramızda Rabitə qurmağa dəvət edirik!