UNEC-də Yay semestrinə qeydiyyat davam edir - QAYDALAR
07 İyul 2022
Yay semestri 20.07.2022-ci il tarixindən 30.08.2022-ci il tarixinədək ənənəvi formada, UNEC-in 1 saylı tədris binasında (İstiqlaliyyət 6) təşkil ediləcək.
Yay semestrində iştirak etmək və fənlər üzrə formalaşmış qeydiyyatdan keçmək üçün 15.07.2022-ci il tarixinədək fakültə tyutorlarına müraciət etmək lazımdır.
Yay semestrində açılan fənlər cədvəldə qeyd olunub.
CƏDVƏL
15.07.2022-ci il tarixinədək tələbə müraciətləri yetərli olduğu halda digər fənlərin də açılması mümkündür. Bunun üçün hər bir tələbə öz fakültə tyutoru ilə əlaqə saxlamalı və qeydiyyatdan keçmək istədiyi fənlə bağlı məlumatını təqdim etməlidir.
UNEC-də təşkil edilən Yay semestrində kənar ali təhsil müəssisələrinin tələbələri də kreditlər qazana bilər. Bunun üçün tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən rəsmi məktubla 15.07.2022-ci il tarixinədək UNEC rektorunun ünvanına müraciət olunmalıdır. Kənar ali təhsil tələbələrini maraqlandıran suallar olduqda (012) 564-38-92 şəhər nömrəsinə müraciət edə bilərlər.
Yay semestrində əyani təhsil alan bakalavrların fənlər üzrə akdemik nəticələri onların dərs və imtahan zamanı topladığı balların cəmlənməsi ilə müəyyən ediləcək. Bakalavrların topladığı ümumi 100 balın 20 balı müəllim tərəfindən seminar qiymətləndirilməsindən, 30 balı aralıq imtahanından (hər fənn üzrə 15 sual təqdim edilməklə və hər düzgün cavab 2 bal nisbətində qiymətləndirilməklə), 50 balı isə final imtahanından (50 sual və hər düzgün cavab 1 bal nisbətində qiymətəndirilməklə) formalaşmaqla müəyyən ediləcək. Əyani təhsil forması üçün fənlər üzrə təqdim ediləcək testlərin məxfiliyi təmin ediləcəkdir (test sualları tələbələrə təqdim edilən fənlər istisna olmaqla).
Bakalavriat səviyyəsində qiyabi təhsil forması üzrə tələbələrin topladığı ümumi 100 balın 20 balı aralıq imtahanından (hər fənn üzrə 10 sual təqdim edilməklə və hər düzgün cavab 2 bal nisbətində qiymətləndirilməklə), 10 balı tələbənin dərslərə davamiyyətindən, 70 bal isə final imtahanından (50 sual və hər düzgün cavaba 1,4 bal nisbətində qiymətləndirilməklə) formalaşmaqla müəyyən ediləcəkdir.
Magistratura səviyyəsində yay semestrində iştirak edəcək magistrantların fənlər üzrə attestasiyası yazılı üsulda həyata keçiriləcək. Onların topladığı ümumi 100 balın 20 balı kurs layihəsinin yerinə yetriilməsi, 30 balı aralıq imtahanından (3 sualın 10 bal nisbətində qiymətləndirilməsilə) 50 bal isə final imtahanından (5 sualın 10 bal nisbətində qiymətləndirilməsilə) formalaşmaqla müəyyən ediləcək.
Bakalavriat (hər iki təhsilalma forması üzrə) və magistratura səviyyələri üzrə davamiyyətsizlik limiti 25 faiz həddində müəyyən ediləcək, yəni tələbələr hər fənn üzrə dərs saatlarının 75 faizində auditoriyada dərs prosesində iştirak etməlidirlər.
Yay məktəbi UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin Əlavə təhsil şöbəsi tərəfindən təşkil olunacaq.
Əlaqə: 564-38-92