Tələbələrin nəzərinə: Tacikistanda təqaüd proqramına qeydiyyat başlayıb

20 Aprel 2023
view
Tələbələr

Tacikistanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Ümumi Məlumat

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura;
Kvota: bakalavriat təhsil səviyyəsi üzrə 2 yer, magistratura və doktorantura təhsil səviyyələri üzrə 1 yer;
Tədris dili: rus və ya ingilis;
Müraciət üçün son tarix: 30.05.2023

Maliyyələşmə:

  • Təhsil haqqı;
  • Tədris vəsaitləri;
  • Tibbi xidmət;
  • Aylıq təqaüd;
  • *Aylıq təqüdün məbləği barədə məlumat sonradan ictimaiyyətə təqdim ediləcə
  • Nəqliyyat xə Qeyd: Təhsil yerinə gediş-gəliş xərcləri təhsilalanların özləri tərəfindən qarşılanır.

Namizədlərin müraciət edə biləcəkləri universitet və proqramların siyahısı ilə aşağıdakı veb-keçiddən tanış olmaq mümkündür: https://htp.edu.az/az/news/2224#.ZEBc03bMKM8

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar:

  • Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisaslara uyğun olması tövsiyə olunur;
  • iddiaçıların seçdiyi hər bir ixtisasın eyni ixtisas istiqaməti üzrə olması tövsiyə olunur;
  • Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən az 300, digər sahələr üzrə ən azı 350 bal toplamalıdırlar;
  • 2022/23-cü tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynalxalq səviyyədə tanınan imtahan və ya beynalxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;
  • DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin və magistratura səviyyəsinə müraciət edən iddiaçıların cari ÜOMG də orta balı 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;
  • Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
  • *Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlə

Tələb olunan sənədlər:

  • CV (rus dilində, maksimum 2-3 səhifə)
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
  • sağlamlıq haqqında arayış (N86) və QİÇS (HIV/AIDS) xəstəliyinin olmamasına dair tibbi arayışın rus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • 6 ədəd 3×4 rəngli fotoşə
  • Motivasiya məktubu (250-500 sözlük, rus dilində);
  • Tövsiyə məktubu (2 ədəd, rus dilində);

Müraciət etmək istəyən tələbələr tələb olunan sənədləri göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində « Tacikistan təqaüdlə təhsil» yazılmalıdır.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!