UNEC-də aşağıda qeyd olunan tələbə təşkilatlarına sədr seçkilərinə start verilir.
- Tələbə-rektor
- Tələbə Elmi Cəmiyyəti
- İqtisadçı Vətənpərvərlər Təşkilatı
- UNEC Könüllüləri Təşkilatı
- Rəqəmsal Könüllülər Təşkilatı
- UNEC Future Club
Tələbə-rektor və təşkilatlara sədr seçkilərinə qatılmaq istəyən namizədlər üçün tələblər:
- ÜOMG 71-dən az olmamalı;
- Tələbə-rektor seçkilərində iştirak edən namizədlər II və ya III kurs tələbəsi olmalı, ÜOMG 81-dən az olmamalı.
- Tələbə Elmi Cəmiyyətinə seçkilər üçün namizədlərin ÜOMG-si 85-dən az olmamalı;
- Əyani şöbədə təhsil almalı;
- Konfrans, müsabiqə, ictimai tədbirlərdə iştirakını təsdiqləyən sertifikat, diplom və ya fəxri fərmanlar olmalı;
- Xarici dil biliyi sertifikatının olması üstünlükdür;
- Sonuncu kurs tələbəsi olmamalı;
Namizədlər üçün qeydiyyat tarixi: 25 aprel - 05 may
Qeydiyyatdan keçmiş namizədlərin bacarıqlarının qiymətləndirilməsi məqsədilə 8-10 may tarixlərində ”Gənc İdarəçilər” imtahan-müsabiqəsi keçiriləcək.
İmtahandan uğurla keçən namizədlərin 11- 22 may tarixlərində təbliğat-təşviqat kampaniyasına start veriləcək. Kampaniya Radio UNEC, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri üzərindən aparılacaq.
Seçkilər 23 may, saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq.
Əlavə məlumat üçün: (+994 12) 492-59-03 (daxili nömrə: 15-07)