Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan XXII Tələbə elmi-praktiki konfransı keçiriləcək

01 Mart 2017
view
Konfransda aşağıdakı istiqamətlərdə mövzular müzakirə olunacaq:

  1. Siyasət və beynəlxalq münasibətlər;

  2. İqtisadiyyat, ekologiya, turizm, informasiya və kommunikasiya texnologiyaları, dizayn;

  3. Filologiya, pedaqogika va psixologiya;

  4. Hüquq və tarix elmləri.


*

Tələb olunan normativlar:
Təqdim olunan tezislərin həcmi 2 səhifədən çox olmamalıdır.
Tezislərdə müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisə, əlaqə telefonu qeyd olunmalıdır.

Məruzələrin tezisləri 27 mart 2017-ci ilədək A4 (210x297 mm) formasında 1 ədəd çap olunmuş və elektron formada (diskdə) 10:00-dan 17:00-dək Qərb Universitetinin Nəşriyyat Çoxaltma Mərkəzinə (Bakı şəhəri, İstiqlaliyyat küç., 27) və ya [email protected] e-mail ünvanına göndərilməlidir.

Tezislər soldan 30 mm və sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm, şrift 14 pt, Times New Roman, interval 1,5 normativinə uyğun olaraq təqdim olunmalıdır.

Məruzələr Azərbaycan, rus, ingilis dilində ola bilər.

Mühüm aktuallıq, yenilik kəsb edən maraqlı mövzular elmi heyət tərəfindan qiymətləndiriləcək.

Konfransın tezisləri kitab şəklində çap ediləcək.

Konfrans 04 may 2017-ci il tarixdə, saat 11:00-da Qərb Universitetinin əsas binasının Akt zalında (Bakı şəhəri, İstiqlaliyyət küç., 27 ) keçiriləcək.

Qeydiyyat saat 10:00-10:40-dək aparılacaq.

Konfrans bərədə məlumat Qərb Universitetinin saytında (www.wu.edu.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün Qərb Universitetinin Nəşriyyat-Çoxaltma Mərkəzinə müraciət edə bilərsiniz.

Əlaqə telefonu: 012 492-61-63

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!