UNEC-də Biznes və marketinq analitikası kursuna start verildi!

20 Aprel 2022
view

BMA_telim_200422UNEC-də Biznes və marketinq analitikası üzrə təlimlərə start verildi.


UNEC Ömürboyu Təhsil Mərkəzində start verilən təlimləri peşəkar ekspert Bəhman Hüseynli aparacaq.

Təlimlər hibrid formada təşkil olunacaq. Real layihələr üzərində çalışmalara üstünlük verilən təlim proqramında iştirakçılar praktiki biliklərə sahib olmaqla, analitik təfəkkür qazanacaqlar, biznes, marketinq sahəsində əldə olan məlumatları doğru şəkildə analiz etməyi, strateji qərarlar verməyi öyrənmiş olacaqlar.

Kursun sonunda iştirakçılar üçün imtahanlar keçiriləcək. Müvəffəqiyyət qazananlar rəsmi UNEC sertifikatı ilə təltif olunacaqlar.

Kursu bitdikdən sonra dinləyicilər 2 ay ərzində mentor xidmətindən də istifadə edə biləcəklər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!