UNEC-in III VƏ IV KURS TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!

30 Sentyabr 2016
view
“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir. Tələbə Təqaüdü Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

 

Azercellin Tələbə Təqaüdü Proqramının məqsədi:

 

  • müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,

  • yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,

  • korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətimizə töhfə vermək.


 

Bu məqsədlə 11.10.2016-cı il tarixində saat 11.45-də universitetin əsas tədris binasının Böyük akt zalında Azercell Şirkətinin əməkdaşlarının iştirakı ilə təqaüd proqramının təqdimatı keçiriləcəkdir.

 

Arzu edənlər (III və IV kurs tələbələri) görüşdə iştirak edə bilərlər.

 

 

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!