Bu məqsədlə 07.10.2016-cı il tarixində saat 11.45-də universitetin əsas tədris binasının Böyük akt zalında bankın əməkdaşlarının iştirakı ilə təqaüd proqramının təqdimatı keçirləcəkdir.
Görüşdə kimlər iştirak edə bilər:
- İqtisadi istiqamətli ixtisaslar üzrə təhsil alan tələbələr
- 4-cü kurs tələbələri
- Akademik orta balı 70 və daha yüksək olan şəxslər.
Proqramdan əldə edəcəkləriniz:
- Təhsil müddətinin sonunadək aylıq 100 AZN təqaüd
- Bankda təcrübə keçmək imkanı
- Bankın tədbir, layihə və təlimlərində iştirak etmək imkanı
- Gələcəkdə bankda karyera qurmaq imkanı