UNEC-in mübadiləvə xaricdə təhsil proqramlarina sənəd qəbulu davam edir

04 Noyabr 2016
view
UNEC-in tələbələri mübadilə proqramı çərçivəsində 2016/2017-tədris ilinin yaz semestrində Fransanın Montpellier Universiteti (5 yer), Almaniyanın Siegen Universitetində (5 yer), Litvanın Mikolos Romeris Universitetində (5 yer) və Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbində (2 yer) təhsil almaq imkanı əldə edə bilərlər.

Mübadilə proqramlarının əsas şərtləri:

  • Tələbə gedəcək universitetə təhsil haqqı ödəmir

  • Tələbə yalnız yol və yaşayış xərclərini qarşılayır

  • Yerlər üzrə limit sayı keçmirsə müsabiqə keçirilmir

  • Tələbələrin orta balı (ÜÖMG) 70-dən yuxarı olmalı

  • Gedəcək ölkənin xarici dillərdən birini (ingilis, fransız və yaalman) sərbəst bilməli


2016/2017-tədris ilinin yaz semestrinə son müraciət tarixi 2016-cı ilin11 noyabr tarixinə kimi davam edəcək.

Tələb olunan əsas sənədlər:

  • Transkrip (tələb olunarsa notarial qaydada ingilis dilinə tərcüməsi)

  • CV (ingilisvə azərbaycan dilində)

  • Pasportun (müvəqqəti istisna hal kimi şəxsiyyət vəsiqənin) sürəti


Müraciət üçün:
Beynəlxalq əlaqələr departamenti, Afət Ələkbərova, UNEC-in əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, tel.: (+994)12 492-60-45, [email protected]

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!