UNEC müəllimlərinin Erasmus+ proqramı çərçivəsində xarici universitetlərdə dərs demək imkanları

04 Noyabr 2016
view
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının KA1.07 (Credit Mobility) hissəsinin UNEC-də icrası çərçivəsində avropa ölkələrinin universitetlərinə səfər etmək və  Erasmus+ Proqramının iştirakçısı olmaq imkanı təklif olunur.

Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC müəllimləri Avropanın ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti ilə görüşüb bilik və təcrübə mübadiləsi aparmaq, dərs keçmək imkanı əldə edə bilərlər.Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.

Proqrama müraciət etmək istəyən müəllimlər CV-lərini tədris edəcək fənnin ingilis dilində sillabusunu və Beynəlxalq Əlaqələr Departamentinə təqdim etməlidirlər.

Müsabiqədə iştirak edəcək namizədlərə əsas şərtlər və tələblər irəli sürülür:

  1. UNEC-in ştatında müəllim

  2. Elmi dərəcə

  3. İngilis dilində sərbəst danışmaq və dərs keçmək

  4. Tədris etdiyi fənn üzrə praktiki biliklərə malik olmaq


Hal-hazırda aşağıda göstərilən yerlər üzrə müsabiqə davam edir.





















































Universitet Ölkə Yer
Dunaújváros Universiteti Macarıstan 2
CEFAM Fransa 2
Motpellier Universiteti Fransa 1
Poznan İqtisad və Biznes Universiteti Polşa 1
Mikolos Romeris Universiteti Litva 1
Babes-Bolyai Universiteti Rumınıya 2
Pan European Universiteti Slovakiya 1
Anadolu Universiteti Türkiyə 2
Orta Dogu Teknik Universiteti Türkiyə 1

*
Ölkələrin və universitetlərin siyahısı və universitetlər üzrə yerlərin sayı mütəmadi olaraq, yenilənir və yeniləndikcə UNEC-in saytında yerləşdiriləcək.
Ətraflı məlumat və əlaqə üçün: Beynəlxalq Əlaqələr Departamenti, Afət Ələkbərova, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!