UNEC Online Karyera günü #1

09 May 2020
view

karyera_gunu_2020UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində 11 - 26 may tarixlərində keçiriləcək Online Karyera günlərinin ilk qonağı ölkəmizdə və xaricdə insan resurslarının idarə olunması üzrə konsultasiya fəaliyyəti göstərən Elçin Zeynalov olacaq.


Karyerası boyunca müxtəlif şirkətlərdə insan resurslarının idarə olunması üzrə sistem quruculuğu işi aparan məruzəçi 11 may saat 19:00-da təşkil olunacaq canlı yayımda “Dəyişikliyin idarə olunmasında ADKAR modeli” mövzusunda çıxış edəcək.


Elçin Zeynalov “Applied Management Solutions” şirkətinin təsisçisidir, eləcə də “PSG Management Systems” şirkətində layihə meneceri olaraq fəaliyyət göstərir. İnsan Resursları, Layihə İdarəetmə və Dəyişikliyin İdarəedilməsində 10 ildən çox təcrübəyə sahibdir. “Prosci- Change Management Practitioner” və “İPMA C level Project Manager” sertifikatına sahibdir.


Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz), youtube (youtube.com/unecofficial) və instagram (instagram.com/uneceduaz) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.


Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov  və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!