UNEC tələbələri üçün Moskvada təcrübə keçmək imkanı

16 İyul 2015
view

Rusiya Federasiyanın “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti (AİM) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində UNEC tələbələri 2015/2016-ci tədris ilində sentyabrın 10-dan mayın 30-dək AİM-də 2-4 həftəlik təcrübə proqramında iştirak etməyə dəvət olunur.


Proqramın əsas məqsədi tələbələrin əlavə bilik, bacarıq və təcrübə əldə etməsinə imkan yaratmaq, eləcə də onların fərdi və professional əlaqələr qurmasına kömək göstərməkdir. Təcrübə proqramı müddətində tələbələr seçilmiş ixtisas üzrə kurslara qatılmaq, müvafiq seminar və konfranslarda iştirak etmək, AİM-in zəngin kitabxana resurslarından faydalanmaq imkanı əldə edəcəklər.


Proqramda iştirak ödənişsizdir (nəqliyyat və yaşayış xərcləritələbələr tərəfindən ödənilir).


Proqram haqqında ətraflı məlumat: http://www.hse.ru/sng/stazh 


Proqramda iştirak etmək istəyən tələbələr müvafiq məlumatları (ad, soyad, atasının adını, doğulduğu yer və tarix, vətandaşlığı, pasport) sentyabrın 7-dək UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə təqdim etməlidirlər.


Əlaqələndirici şəxs: Afət Ələkbərova, UNEC-in əsas tədris binası, 115 saylı otaq
tel.: 012 492 60 45
e-mail: [email protected]; [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!