Azərbaycan Dövlət İqtisad Universitetində 2014/2015-ci tədris ili üzrə təşkil olunmuş yay məktəbində iştirak edən I kurs tələbələrinin imtahana qədər toplanan balı aşağıdakı bölgü əsasında həyata keçiriləcəkdir:
- mərkəzləşdirilmiş 1 yazılı kollokvium - 20 bal;
- seminar məşgələsi - 10 bal;
- sərbəst işlərin yerinə yetirilməsi - 10 bal;
- davamiyyət - 10 bal.
Yazılı kollokvium yay məktəbinin 3-cü tədris həftəsi ərzində (13-16 iyul) Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi tərəfindən keçiriləcəkdir.
Kollokviumda tələbələr maksimal bal toplamaq üçün onlara təqdim olunacaq hər fənn üzrə 5 sualdan, istənilən 2-ni cavablandırmalıdırlar. Hər cavablandırılmış sual 10 bal nisbətində qiymətləndiriləcəkdir.
Tələbələr kollokvium materiallarını (suallar, cədvəl və s.) universitetimizin yeni internet səhifəsindən (www.unec.edu.az) əldə edə bilərlər.