“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

05 İyun 2017
view
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq hökümətlərarası təşkilatı “Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə 14 iyun 2017-ci il tarixlərində dünya universitetlərinin nüfuzlu alimlərinin iştirakı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.  Ətraflı

Tədbirdə aparıcı universitetlər və elmi təşkilatların elm və təhsil nazirliklərinin nümayəndələri, Clarivate Analytics kompaniyasının xarici ekspertləri iştirak edəcəklər.

Konfransın açılışı 14 iyun 2017-ci il tarixində saat 10.00-da Baku Boulevard mehmanxanasının “Tağıyev” zalında baş tutacaqdır.

Konfrans barədə ətraflı məlumatı www.unec.edu.az internet səhifəsindən əldə edə bilərsiniz.

Əlaqələndirici şəxs: Natavan Cəfərova; telefon: (012) 492-72-98; (055) 494- 00-77; e-mail: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!