“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”
mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfrans çərçivəsində
“Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları” mövzusunda
T Ə L İ M L Ə R
Təlimlərin keçirilmə yeri: UNEC-in Əsas tədris binası (İstiqlaliyyət küşəsi, 6)
Keçirilmə vaxtı: 13 iyun 2017-ci il
Son qeydiyyat tarixi: 10 iyun 2017-ci il
Əlaqə telefonları: (012) 492-72-98 Təşkilat Komitəsi
TƏLİMİN İSTİQAMƏTLƏRİ
- “Web of Science” platformasında (elmi istinadlar üzrə aparıcı baza) işləmək imkanlarının öyrədilməsi
- İmpakt faktorlu jurnallara elmi tutumlu məqalələrin cəlb edilməsi yolları
- Dünyanın nüfuzlu elmi jurnallarına məqalələrin dərc olunması üçün tələb olunan şərtlər və məqalələrin yazılması qaydaları
Təlimlər Clarivate Analytics (Thomson Reuters) şirkətinin təlimatlandırıcıları tərəfindən həyata keçiriləcəkdir. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.