Web of Science Academy və Research Academy(Elsevier) tədris proqramları

01 Noyabr 2021
view

Clarivate Analytics şirkətinin Web of Science Academy və Elsevier şirkətinin Research Academy xidmətləri tədqiqatçı ekspert kimi fəaliyyət göstərmək, elmi tədqiqat istiqamətində yeni biliklərə yiyələnmək məqsədilə akademik elektron tədris proqramı təklif edir.


Rəyçi (peer-review) fəaliyyətini inkişaf etdirmək üçün təklif olunan kurslar: Certified Peer Reviewer Course

12 moduldan ibarət olan kursda rəy prosesi, faydalı rəy hesabatı yazmaq və rəyçi ekspert qiymətləndirməsində akademik etikaya aid biliklər tədris olunacaqdır. An introduction to peer review

Kurs rəyçilik fəaliyyəti, akademik nəşr prosesinə giriş, rəy hesabatlarının strukturlaşdırılması və rəyçilərin verdiyi nəticələri cavablandırmaq qaydası bömələrindən ibarətdir.

Sertifikatlı kurslar ingilis dilində təşkil olunur və iştirak etmək arzusunda olanlar bu sistemlərdən qeydiyyatdan keçməlidir. Research Academy sisteminə giriş edərkən Elsevier istifadəçi adı və şifrəsi daxil olunmalıdır.

Əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!