Mart ayında UNEC-də həyata keçirilən yeniliklər, eləcə də əldə olunan uğurlar barədə hesabatı təqdim edirik.
1.UNEC ilk dəfə SCimago reytinqində yer alaraq, Azərbaycan birincisi olub.
2.UNEC ilk dəfə olaraq, İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univesitetlər qrupuna yüksəlib.
3.1- 27 mart tarixlərində “Heydər Əliyev İli”nə həsr edilmiş Elm festivalı keçirilib. Festival çərçivəsində 1-i konfrans olmaqla, elmin müxtəlif istiqamətləri üzrə 18 tədbir təşkil olunub.
4.Ölkədə ilk dəfə olaraq, UNEC-də “Qeyri-akademik transkript” layihəsinin təqdimatı olub.
5.Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyaya UNEC-in Fəxri doktoru diplomu təqdim olunub.
6.Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan olunub.
7.UNEC tələbələrinin “Azerbaijan AgroBot” komandası dünyanın ən böyük texnoloji yarışlarından olan TEXNOFEST-in finalına yüksəlib.
8.Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld UNEC tələbələri ilə görüşüb.
9.Dünya Bankının icraçı direktoru, İsveçrənın Azərbaycandakı səfiri Dominik Favre UNEC-in tələbələri ilə görüşüb.
10.Çinin Tsinghua Universitetinin, “Schwarzman College”nin qurucusu və icraçı direktoru professor David Q. Pan UNEC rektoru ilə görüşüb.
11.UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb.
12.Konsaltinq və insan resursları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Korn Ferry kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri Yaroslav Qlazunov UNEC tələbələri ilə görüşüb.
13.UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramından məzun oldu.
14.UNEC əməkdaşlarının Web of science bazasında 12, Scopusda isə 15 elmi məqaləsi indekslənib.
15.Tyutor hazırlığı üzrə sertifikat proqramına start verildi.
16.İlk dəfə olaraq, Açıq Kitabxana Günü keçirildi.
17.Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “KitabAt” layihəsi təşkil olunub.
18.UNEC komandası ATİAHİ RK tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olub.
19.UNEC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən XII World Expo Beynəlxalq Təhsil Sərgisində iştirak edib.