Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan edir!
Mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədi ilə təsis olunub.
Müsabiqəyə UNEC əməkdaşlarının aşağıdakı sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir:
- Qida təhlükəsziliyi
- Qida Elmləri və Texnologiyası
- Biokimya
- Mikrobiologya
- Biotexnologiya
Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə olan müəllifə (müəlliflərə) verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür.
Müsabiqənin şərtləri:
- Mükafata cari tədris ilində nəşr edilmiş və aşağıdakı tələblərdən birinə cavab verən əsərlər təqdim edilə bilər:
- WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda nəşr edilmiş monoqrafiyalar (elmi redaktoru olan, bölmələri müxtəlif müəlliflər tərəfindən yazılan kollektiv monoqrafiyalar da daxil olmaqla).
- Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr;
- Müsabiqə üçün təqdim edilən əsərlərdən elmi jurnala qəbul edilmiş və ya çap olunmaq üçün hazırlıq mərhələsində olan elmi işlər qəbul olunmayacaq;
- Müsabiqəyə təqdim edilən əsərlərdə müəllifin və ya müəlliflərin UNEC əməkdaşı olması birmənalı olaraq qeyd olunmalıdır. Əks halda, əsər müsabiqəyə buraxılmayacaq.
Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyunadək tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
- UNEC rektorunun adına ƏRİZƏ
- Ərizəyə əlavələr;
- ANKET
- Müsabiqəyə təqdim edilən əsərin kağız və elektron nüsxələri;
- Müsabiqəyə verilən məqalələrin Q1, və Q2 kateqoriyalı jurnala aid olmasının təsdiqedici sənədi (Web of Science platformasından uyğun hiperlinklərin yerləşdirilməsi);
- Elmi işin nəşr olunduğuna dair rəsmi internet linkləri;
Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir. Sənədləri göndərərkən e-mailin “mövzu” bölməsinə “Aziz Sancar adına Tədqiqat Mükafatı-2023 – ad, soyad” qeyd olunmalıdır.
Müsabiqə ilə bağlı müraciətləri [email protected] e-mailinə ünvanlaya bilərsiniz.