“Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

02 Dekabr 2022
view248
Elm

UNEC-də ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətlə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib

Konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilib.

Açılışda çıxış edən elm üzrə prorektor professor Sakit Yaqubov 2 gün davam edəcək beynəlxalq konfransda rəqəmsal iqtisadiyyatın regional inkişafa təsiri, aktual problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yolları ilə bağlı geniş müzakirələr aparılacağını bildirib. Konfransa daxil olan 152 məqalə və tezisin 74-nün UNEC əməkdaşları, 78 məqalə və tezisin isə Turkiyə, Pakistan, Ukrayna, Kosova, Nigeriya, İran, Hindistan, Moldova və Azərbaycanın digər universitet və elmi tədqiqat institutlarının əməkdaşları tərəfindən daxil olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman, Ege Universitetinin dekan müavini professor Haydar Yalçın çıxış edərək, konfransın mövzusunun əhəmiyyətindən danışıblar, konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda AMEA-nın müxbir üzvü professor Qorxmaz İmanov və  Ege Universitetinin dekan müavini as. prof.  Haydar Yalçın məruzələrlə çıxış ediblər.

Konfrans öz işini 17 istiqamət üzrə bölmələrdə davam etdirib.

İki gün keçirilməsi nəzərdə tutulan konfrans öz işinə dekabrın 3-də yekun vuracaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!