Scopus elmi nəşr platformasında UNEC-ə mənsub 662 elmi əsər indekslənib: Kafedralar üzrə reytinq

01 Noyabr 2022
view230
Elm

Elsevier şirkəti tərəfindən yaradılmış Scopus nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək Scopus profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılmışdır.

Hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərməkdədir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74%-i (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.

UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45%-lə elmi əsərlərin sayına görə liderdir.

Ümumilikdə kafedralar üzrə göstəricilər aşağıdakı şəkildədir:

  1. Mühəndislik və tətbiqi elmlər-52 müəllif profili, 415 elmi əsər
  2. Riyaziyyat və statistika-15 müəllif profili, 73 elmi əsər
  3. İqtisadiyyat və işlətmə-18 müəllif profili, 71 elmi əsər
  4. Rəqəmsal texnologiyalar və tətbiqi informatika-15 müəllif profili,66 elmi əsər
  5. Rəqəmsal texnologiyalar və tətbiqi informatika-15 müəllif profili,66 elmi əsər
  6. İqtisadiyyat-12 müəllif profili, 58 elmi əsər
  7. Beynəlxalq iqtisadiyyat və biznes-10 müəllif profili, 56 elmi əsər
  8. Tətbiqi iqtisadiyyat-26 müəllif profili, 54 elmi əsər
  9. İqtisadiyyat və texnoloji elmlər-16 müəllif profili, 44 elmi əsər
  10. Biznesin idarə edilməsi-6 müəllif profili, 23 elmi əsər
  11. Maliyyə və audit-13 müəllif profili, 22 elmi əsər
  12. Biznes və logistika-10 müəllif profili, 19 elmi əsər
  13. İctimai idarəetmə və sosial innovasiyalar-5 müəllif profili, 13 elmi əsər
  14. Humanitar fənlər-4 müəllif profili, 7 elmi əsər
  15. Dizayn-3 müəllif profili, 4 elmi əsər
  16. Xarici dillər-2 müəllif profili, 3 elmi əsər

İndekslənən elmi əsərlərin (bir elmi əsər bir neçə elmi istiqamətə aid oluna bilər) elmi istiqamətləri aşağıdakı kimidir:

Biznes, menecment və mühasibat – 132 əsər
İqtisadiyyat, ekonometrika və maliyyə - 123
Mühəndislik - 99
Kompyuter elmləri - 90
Sosial elmlər - 89
Enerji - 80
Ətraf mühit - 73
Riyaziyyat - 66
Kənd təsərrüfatı və biologiya elmləri - 57
Material elmləri – 41
Fizika və astronomiya- 31
Kimya - 30
Yer və planet elmləri- 28
İncəsənət və humanitar elmlər- 15
Kimya mühəndisliyi – 13
Biokimya, genetika və molekulyar biologiya- 9
Multidisiplinar elmlər – 6
Tibb - 5
Əczaçılıq- 3

Siyahıda (bura qoşmanı elave edərdiniz) Orcid qeydləri olmayan nümayəndələrə Scopus profillərini ORCID qeydləri ilə əlaqələndirilməsi tövsiyə olunur.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!