Tədqiqatçıların nəzərinə: UNEC-də “Erməni dili” kursuna yenidən start verilir

17 Oktyabr 2020
view195
Elm

UNEC-də “Erməni dili” kursuna yenidən start veriləcək.

Kursun məqsədi tədqiqatçılara Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməklə analitik təhlil materialları hazırlamaq, həmçinin elmi məqalələrlə çıxış edərək, dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək kurslara UNEC əməkdaşları ilə yanaşı, dövlət və özəl sektorların bu sahə üzrə araşdırma aparmaq potensialına malik olan tədqiqatçıları da qatıla bilərlər. Kurslar oktyabr ayından başlayacaq.

Kursda iştirak etmək istəyənlər qeydiyyatdan keçərək, özü haqqında məlumatı (ad, soyad, ata adı, doğum tarixi, təhsil, ixtisas, vəzifə, elmi dərəcə, email, əlaqə telefonu) [email protected] email ünvanına göndərməlidir. Namizədlər arasından seçimlər aparılacaq, sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Ətraflı məlumat üçün əlaqə: (012) 492 57 31
(UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi)

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!