UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını qazandı

22 Fevral 2023
view232
Universitet

UNEC-in MBA proqramının “Mühasibat uçotu” üzrə ixtisaslaşması 5 il müddətinə yenidən Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA təşkilatında akkreditasiya edildi.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemlərinin standartlarına uyğunlaşdırılmasını təmin edən ACCA akkreditasiyasının əldə edilməsi nəticəsində MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrləri ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9) azad olunurlar.

ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən (F1-Biznesdə mühasib, F2-İdarəetmə uçotu; F3-Maliyyə uçotu, F4-Biznes hüququ, F5-Performansın idarəedilməsi, F6-Vergitutma, F7-Maliyyə hesabatı F8-Audit, F9-Maliyyə menecmenti) azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb olunur.

UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını əldə etməklə, öz magistrantlarına ACCA sertifikatını qazanmaq üçün sərf olunan əlavə vaxt itkisindən və xərclərdən azad olunmaq imkanı yaradır. Qeyd edək ki, yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər həmin magistrlərə işə qəbul prosesində qeyd-şərtsiz üstünlük verirlər. 

ACCA haqqında: İngiltərədə yaradılan ACCA kvalifikasiyası maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli statusa malikdir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!